Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar tədbir keçirdəcək

8-12-2018, 19:09           
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar tədbir keçirdəcək
Teref.az - Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birgə 10 dekabr 2018-ci il tarix saat 10:30-da “Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilərin Azərbaycan xalqına və onun maddi-mədəniyyət abidələrinə qarşı cinayət əməlləri” mövzusuna həsr olunmuş tədbir keçirəcək.

Tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan hərbçiləri və terrorçu-quldur dəstələri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayət əməlləri, əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması faktları barədə tələbə gənclərin məlumatlandırılması, onlarda vətənpərvərlik ruhunun gücləndirilməsi, həmçinin səmavi dinlərdə silahlı münaqişələrə, müharibə qurbanlarına münasibətlə bağlı müzakirələrin aparılması nəzərdə tutulub.

Aİİ-nin fəaliyyətinə verəcəyiniz dəstəyin institut üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq, tədbirin işıqlandırılması üçün göstəriş verməyinizi xahiş edir və öncədən Sizə təşəkkürümü bildirirəm.

Tədbir Azərbaycan İlahiyyat İnstitutunun binasında keçiriləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.