Erməni qoşunları işğal edilmiş ərazilərdən çıxan kimi müharibə dayandırılacaq

30-09-2020, 20:49           
Erməni qoşunları işğal edilmiş ərazilərdən çıxan kimi müharibə dayandırılacaq
Biz 30 ildir səbrlə Qarabağ məsələsinin sülh yolu ilə həllini gözləyirdik. Bizə həmişə deyirdilər ki, səbr edin.
“Bunun əvəzinə Ermənistanın yeni baş naziri bizə qarşı yeddi şərt qoyubdur. Mən bir müddət bundan əvvəl demişdim ki, biz bu şərtləri rədd edirik. Bizim bir şərtimiz var, torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxıb rədd olmalıdırlar. Bu şərtim qüvvədədir və əgər bu şərtimə Ermənistan hökuməti əməl edərsə, döyüşlər dayanacaq, qan tökülməyəcək, sülh olacaq, bizim bölgəmizə sülh gələcək”, deyə prezident Əliyev sentyabrın 30-da hospitalda yaralı hərbiçilərə baş çəkərkən bildirib.
“İndi şiddətli döyüşlər gedir, və biz itkilər veririk, bizim qazilərimiz, hərbçilərimiz yaralanır. Amma bu dava haqq davasıdır.
Beynəlxalq ictimaiyyət işğalçını dayandıra bilmirlərsə, Azərbaycan əsgəri onları dayandıracaqdır.
Azərbaycanın tam haqqı var ki, məsələ hərbi yolla öz həllini tapsın. Bu haqqı bizə Azərbaycan xalqı verib, bu haqqı bizə beynəlxalq hüquq normaları verib”, deyə Əliyev qeyd edib.

Prezidentin sözlərinə görə, əks-hücum əməliyyatı başlanan kimi o, bütün komandanlara və Müdafiə Nazirliyinə mülki əhaliyə qarşı heç bir addım atılmaması barədə göstəriş verib. Bizim hədəflərimiz erməni silahlı birləşmələrinin mövqeləri, texnikası, canlı qüvvəsidir. Amma onlar bizim yaşayış məntəqələrimizi atəşə tuturlar, mülki əhali həlak olur, deyə Əliyev qeyd edib. -0-
Turan












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.