Nigerdə "Boko haram"ın 200-dən çox yaraqlısı məhv edilib

3-01-2019, 08:12           
Nigerdə "Boko haram"ın 200-dən çox yaraqlısı məhv edilib
Nigerin hökumət ordusu quru və hava qüvvələri ilə həyata keçirdiyi irimiqyaslı əməliyyat zamanı radikal "Boko haram" qruplaşmasının 200-dən çox yaraqlısını məhv edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü axşam Afrika dövlətinin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ordu ekstremistlərin ölkənin cənub-şərqində, Çad gölündə yerləşən adalardakı mövqelərinə hücum təşkil edib. İrimiqyaslı əməliyyat 2018-ci il dekabrın 28-də başlayıb. Terrorçulara əsas zərbə Komaduqu çayı vadisində, həmçinin Çad gölündəki adalarda endirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.