16 milyon manat da medal alanlarımıza gedəcək –75 qızıl, 50 gümüş, 37 bürünc...

23-05-2017, 08:57           

Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanıb. Dövlət bu nailiyyətə görə 16 milyon 665 min manat xərc çəkməli olacaq.

Qızıl medala görə Azərbaycan idmançısı məşqçisi ilə birgə 150 min manat, gümüş medala görə məşqçisi ilə birgə 75 min manat, bürünc medala görə məşqçisi ilə birgə 45 min manat mükafat alır.

75 qızıl medal 11 milyon 250 min manat, 50 gümüş medal 3 milyon 750 min manat, 37 bürünc medal 1 milyon 665 min manat mükafat deməkdir.

Bütövlükdə mükafat məbləği 16 milyon 665 min manat eləyir. (Novator.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.