Məşhur şirkətin tualetində körpə cəsədi tapıldı

20-01-2019, 16:30           
Məşhur şirkətin tualetində körpə cəsədi tapıldıünyanın ən məşhur şirkəti olan "Amazon"un ayaqyolusunda körpə cəsədi tapılıb
ABŞ-ın Arizona ştatında yerləşən "Amazon" şirkətinin qadınlar üçün nəzərdə tutulan ayaqyolusunda körpə cəsədi tapılıb.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, artıq baş verən hadisə ilə əlaqədar olaraq polis istintaqa başlayıb. Olayla əlaqədar olaraq şirkət rəsmi məlumat yayaraq baş verənlərə görə üzr istəyib: "Bu hadisə olduqca faciəli və üzücüdür".

Qeyd edək ki, "Amazon" "Micrоsoft" kimi bir sıra böyük şirkətləri hərrac nəticələrinə görə geridə qoymaqla bu ilin yanvarında ən böyük şirkət seçilib. Hazırda ən bahalı şirkət olan "Amazon"un qurucusu Ceff Bezos isə dünyanın ən varlı şəxsi hesab edilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.