Dağıstanda qadın 6 yaşlı qızını çayda boğaraq öldürüb

22-11-2019, 04:40           
Dağıstanda qadın 6 yaşlı qızını çayda boğaraq öldürüb
Dağıstan Respublikasının Çontaul kənd sakini olan qadın qızını çayda boğaraq öldürdüyünə görə məhkəmə qarşısına çıxacaq.

“Report” xəbər verir ki, bu barədə Rusiya Federasiyasının respublika üzrə İstintaq Komitəsinin məlumatında deyilir.

İstintaqın məlumatına görə, müttəhim 2012-ci il təvəllüdlü qızının təhsili və tərbiyəsi ilə məşğul olmaq istəmədiyi üçün onu öldürmək qərarına gəlir.

Belə ki, 2018-ci il sentyabrın 6-da qadın qızını çayın kənarına apararaq onu suda boğur. Uşağın öldüyünə əmin olduqdan sonra hadisə yerini tərk edir.

Qızın cəsədi isə üç gün sonra çayın yatağından tapılıb.

Hazırda cinayət işi ilə bağlı toplanan materiallar baxılması üçün məhkəməyə təqdim ediləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.