Atatürk parkında sökülən obyektlər Nərimanov İcra hakimiyyətində kimlərin başını ağrıdacaq - İDDİA

12-12-2018, 09:14           
Atatürk parkında sökülən obyektlər Nərimanov İcra hakimiyyətində kimlərin başını ağrıdacaq - İDDİA
Teref.az-ın əldə etdiyi məlkumata görə Atatürk parkında sökülən obyektlərin qalmaqalı Nərimanov rayon İcra hakimiyyətinidə vurub. Adının çəkilməsini istəməyən məlumatlı mənbənin verdiyi xəbər görə obyekt sahibləri İcra hakimiyyətindən obyektlərə görə verdikləri pulları geri istəyəcəklər.
Mənbənin dediyinə görə obyeklər müvəqqəti icazə ilə olsada onlara İcra hakimiyyətindən bunun formal olduğuns söz vermişdilər. Lakin göründüyü kimi
bu icazələr formal deyilmiş və obyekt yiyələri Nərimanov İcra hakimiyyətində söz sahiblərinin sözünə inanaraq parkta fundamental obyektlər inşa etmişlər. Bu da onlara böyük məbləğdə sərmayeyə başa gəlib. Mənbə qeyd edir ki, həmdə müvəqqəti obyektin haqqı ayrıdır, fundamental obyektin haqqı daha böyük olur. Obyekt sahibləri əgər icazənin həqiqətən müvəqqəti olduğunu bilsə idilər onlar belə təmtəraqlı obyektlər tikməzdilər.
Nərimanov rayonu İcra hakimiyyətinin nə qədər günahı boynundan atsada deyəsən başı dərddədir. Çünki obyekt yiyələridə balaca adamlar deyil.
Mənbənin verdiyi xəbərə görə Nərimanov rayonun İcra Başçısı Abidin Fərzəliyev olsada, bu işlərə Şahmar İbadov baxır. Şahmar İbadovun adının belə qalmaqallarda hallanması birinci dəfə deyil.
Oğlunun yaşlı bir qadını maşınla vurub öldürməsi və bu işdən cəzasız çıxması, təmtəraqlı villaları və obyektləri, əlillərin binası ilə bağlı qalmaqal, daha nələrlə medianın gündəmində olub.
Yeni bilgilərimiz olacaq. Bizi izləyin.
Mənbə daha hansı bilgiləri verdi.
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.