YPG terrorçusunun mobil telefonundan çıxan görüntülər izləyənləri dəhşətə gətirdi – VİDEO (18+)

3-11-2019, 20:37           
YPG terrorçusunun mobil telefonundan çıxan görüntülər izləyənləri dəhşətə gətirdi – VİDEO (18+)
Türkiyənin Suriyada həyata keçirdiyi “Barış Pınarı” adlı anti-terror əməliyyatı ilə bağlı Rəsulayn bölgəsində öldürülən bir terrorçunun telefonundan çıxan görüntülər izləyənləri dəhşətə gətirib.
Musavat.com haberler.com-a istinadən məlumat verir ki, görüntülərdə kəndlərin birində yerləşən evə basqın edən PKK/YPG mənsubu terrorçular evdəki qadın və onun uşağını vəhşicəsinə qətlə yetirirlər. Canilər bununla da yetinməyib, həmin evi yandıraraq, oradan uzaqlaşırlar.

Rəsulaynın şərqində gedən döyüşlərdə öldürülən YPG mənsubu terrorçunun telefonunda olan bu görüntülərdəki yer araşdırmalardan sonra dəqiq təsbit edilib.

Məlum olub ki, bu dəhşətli hadisə Muceybira kəndində baş verib. Bildirilir ki, bu kimi qətliamlar həmin kənddə ilk hadisə deyil. Bundan əvvəl də 7 nəfərdən ibarət olan ailə bu şəkildə öldürülükdən sonra yandırılmışdı.

Yayılan görüntülər bu terror qruplaşmasının əsl üzünü bir daha dünyaya tanıtmış oldu.

Musavat.com sözügedən görüntüləri təqdim edir.

Qeyd: Uşaqların və əsəbləri zəif olanların izləməyi məsləhət görülmür.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.