London və Nyu-York birjalarında elektron ticarət əməliyyatlarının gedişində neftin qiyməti artmaqda davam edir.
Bu barədə hərracların son nəticəsinə istinadən məlumat verir.
ICE London qitələrarası birjasında Brent markalı neftin mart fyuçeslərinin qiyməti 4,85% bahalaşaraq bir barelə görə 29,16 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 4,09% artaraq 29,51 dollar təşkil edib. (oxu.az)