Xristian dünyası şokda – Hz. İsa (ə) Allahın oğlu deyil?
29-01-2016, 00:35
Xristianları şoka salan İncil tapıldı – Hz. İsa (ə) Allahın oğlu deyil!
ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Türkiyənin Ankara bölgəsində 1500 illik tarixi olan İncil tapılıb. Tapılan İncil Vatikan üçün böyük narahatlıq yaradıb. Bu narahatlıq tapılan İncilin Barnaba İncilində yazılanları ehtiva etməsindən qaynaqlanır.
Hazırda kitab "Ankara Etnoqrafiya Muzeyi”ndə gizli şəkildə saxlanır. Dəri kitab səhifələrinə Hz.İsanın dili olan Arami ləhcəsi ilə yazılan yazılar zamanla bağlı olaraq qaralmış vəziyyətdədir. Məlumata görə, mütəxəssislər kitabı araşdıraraq onun orijinal olduğunu iddia ediblər.
İran İslam Respublikası Müqəddəs Qum şəhərinin Elmi Hövzəsinin gəldiyi qənaətə görə, kitabda Hz.İsanın çarmıxa çəkilmədiyi və Tanrının oğlu olmadığı deyilir.
Kitabda bundan əlavə Hz.İsanın çarmıxa çəkilmə ərəfsində göyə yüksəldiyi və onun yerinə İuda İskariotun çarmıxa çəkildiyi yazılıb. Vatikan bu kitabın ortaya çıxmasından keçirdiyi narahatlığı dilə gətirərək kitabın türk və katolik kilsəsi ekspertləri tərəfindən birgə araşdırılmasını istəyib.
Vatikan birmənalı olaraq bu İncili ələ keçirmək mövzusunda israrlıdır və Papa mütləq şəkildə həmin kitabı istəyir. Əgər Türkiyə bu İncili qoruyub və nüsxələrini çap etdirib bütün dünyaya yetişdirməsə, bu İncil də digər nümunələr kimi məhv ola bilər. Çünki bu İncildə Barnaba İsanın Allahın oğlu olmadığını elan etməklə bərabər onun özündən sonra gələcək peyğəmbəri - Əhmədi Hz.Məhəmməd (s) müjdələdiyini yazır.
Qeyd edək ki, "Barnaba İncili” İsanın həyatından bəhs edən və həvari Barnabanın adından yazılmış ədəbi mətndir. Bəzi müsəlman apologetlər bildirir ki, böyük ehtimalla "Barnaba İncili" İsanın missiyası haqqında həqiqi məlumatların saxlandığı yeganə mənbədir və kanonik incillər də daxil olmaqla, digər mənbələr hamısı həvari Pavelin davamçıları tərəfindən saxtalaşdırılıb.
Miq.az