Ölkədə qrip vaksini tapılmır — Rusiya həyəcan təbili çalır
29-01-2016, 10:06
Beynəlxalq əczəxanaçılıq şirkətləri Rusiyaya qrip vaksini satışında problemlərin olduğunu bildiriblər.
Ölkə.az xəbər verir ki, donuz qripinin tüğyan etdiyi ölkədə minlərlə insan bu xəstəlik şübhəsi ilə karantinə alınıb.
Rusiyaya qrip vaksini satan şirkətlər isə son proseslərlə bağlı olaraq mallarıını Rusiya bazarına vaxtında çatdıra bilmədiklərini deyiblər.
"Sanofi" və "GlaxoSmithKline" kimi dünyanın farmaçevt nəhənglərinin baş ofislərindən verilən məlumatda isə, dərmanların Rusiyaya çatdırılması və satışa buraxılmasına yeni sertifikatlaşma qaydalarının mane olduğu bildirilir.