Beynəlxalq Valyuta Fondunun prezidentindən ilginc AÇIQLAMA - “Neft ölkələri borca görə məni tez-tez yuxudan oyadır...”

2-02-2016, 14:24           
Beynəlxalq Valyuta Fondunun prezidentindən ilginc AÇIQLAMA - “Neft ölkələri borca görə məni tez-tez yuxudan oyadır...”
Beynəlxalq Valyuta Fondunun prezidenti Kristin Laqard son vaxtlar onu borca görə gecələr tez-tez narahat etdiklərindən şikayətlənib.

Virtualaz.org xəbər verir ki, Kristin Laqard bu barədə Uesli Kolleci nəzdindəki Olbrayt İnstitutunda keçirilən tədbirin kuluarlarında deyib.

CNN Money-in xəbərinə görə BVF rəhbəri deyib ki, son vaxtlar tez-tez yuxudan “vaxtsız oyanmalı olur”, çünki başda ixracı neftdən asılı olan ölkələr olmaqla borca görə onu tez-tez narahat edirlər.

“Hesab edirəm ki, ixracının 90 faizi və gəlirlərinin 60 faizi neftdən asılı olan Nigeriya kimi ölkələr real çətinliklərlə üzləşiblər”-Kristin Laqard deyib. Onun bildirdiyinə görə, ucuzlaşan neftə görə bəzi ölkələrin pulu qurtatır.

CNN Money xatırladır ki, Nigeriya Dünya Bankından, Afrika İnkişaf Bankından və digər beynəlxalq maliyyə təşkilatlarından 9 milyard dollar kredit xahiş edir. Venesuela isə maliyyə böhranına daha yaxındır. Hərçənd ki, ölkə borc üçün Çinə müraciət edə bilər.

Keçmiş dövlət katibi Madlen Olbrayt Venesuelanın vəziyyətini şərh edərkən deyib ki, bu ölkə neft gəlirlərindən səmərəsiz faydalanıb və indi həm siyasi, həm iqtisadi baxımdan böhranla üzləşib

BVF prezidenti Kristin Laqard isə deyib ki, maliyyə çətinlikləri ilə üzləşən neft ölkələri borc almaq üçün iqtisadi islahatlar aparmalıdır. “Nigeriya kimi ölkələr üçün öz biznes-modelini sürətlə yenidən qurmaq və maraqlarını tamamilə yeni reallıqlara uyğunlaşdırmaq zəruridir”-o bildirib.

Lakin ekspertlər hesab edirlər ki, bu dəyişikliklərin özünü həyata keçirmək üçün də kreditlər lazımdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.