Erməni deputat jurnalisti zorlamaq istəyir

3-06-2015, 10:47           
Erməni deputat jurnalisti zorlamaq istəyir
Ermənistanın hakim Respublika partiyasını parlamentdə təmsil edən hansısa Arakel Movsisyan qəribə bir bəyanatla çıxış edib.

O, deyib ki, ölkənin müdafiə naziri Seyran Ohanyan və onun ailəsi haqqında neqativ danışan hər kəsi başsız qoyacaq.

Sosial şəbəkələrdə yayılan video çarxda o deyib ki, onun partiya yoldaşı olan Ohanyan milli qəhrəmandır və onun haqqında şərh vermək olmaz.

Deputat belə bəyanataların müəlliflərinə seksual xarakterli cəzalar da söz verib. "Qoy yerlərində otursunlar. Allah qorusun, əgər mən onları tapsam mütləq təcavüz edəcəm".

Bununla yanaşı özünü deputat adlandıran bu şəxs onu nəyin bu qədər hiddətləndirdiyini açıqlamayıb.

Xatırladaq ki, ANS PRESS bu ölkənin müdafiə nazirinin həyat yoldaşı Ruzanna Xaçaturyan şərəf və ləyaqətini alçatdığı üçün "Qraparak" qəzetini məhkəməyə verməsi barədə məlumat yaymışdı.

Qəzetin jurnalisti Syuzan Simonyan əmindir ki, "çox intelektual" deputatdan fərqli olaraq o heç bir etik normanı pozmayıb. "Mən KİV-də müdafiə nazirinin həyat yoldaşının kiminləsə avtoyürüşə çıxdığı barədə məlumat yayıldığını yazmışam. Bu gəzinti isə insan ölümü ilə nəticələnən qəza ilə bitib.
Əgər Ohanyan ailəsi bu yazıda cinayət görürsə qoy məhkəməyə müraciət etsin".

Maraqlıdır ki, deputataın səsləndirdiyi hədələrə baxmayaraq Ermənistan mili yığınacağının etika komissiyası bu məsələdə heç nə edə bilməyəcəyini deyib.

Bu məsələyə şərh verən "Azatutyun" radiostansiyası iddia edir ki, hakim partiya üzvlərinin bu cürü fəaliyyəti adiləşib.
Buna parlaq nümunə kimi isə qubernator Surik Xaçatryanın davranışı göstərilib. O, nəinki qadını təhqir edə, hətta ona hücum edə və döyə də bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.