Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı Neftçala rayonu Qaçaqkənd, Xanməmmədli, Ramazanlı və Qazaqbərə kəndlərindən olan seçiciləri ilə görüşüb.
10-11-2024, 00:07
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı Neftçala rayonu Qaçaqkənd, Xanməmmədli, Ramazanlı və Qazaqbərə kəndlərindən olan seçiciləri ilə görüşüb. Görüşdə vətəndaşlar tərəfindən işsizlik, təhsil və səhiyyə problemləri, aqrar sahənin inkişafı, aqroparkların yaradılması və rəqabət mühitinin olması, kənd təsərrufatında istifadə olunan texnikanın çatışmamazlığı və qiymətlərin həddən artıq yüksək olması ilə bağlı narazılıq, yaşayış məntəqələrində ödəniş terminallarının və bankomatlarının olmamasıı ilə bağlı məsələlər qabardılıb. Millət vəkili vətəndaşların qayğıları, üzləşdiyi problemlərlə maraqlanıb, hər birini ayrı-ayrılıqda dinləyərək müvafiq tədbirlərin görülməsi üçün qeydlər aparılıb və qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qurumlara ünvanlanmasına tapşırıqlar verilib. Görüş iştirakçıları artıq həllini tapmış məsələlər və göstərilmiş yardımlarla bağlı deputat Tənzilə Rüstəmxanlıya dərin təşəkkürlərini ifadə ediblər. Görüşdə həmçinin Neftçala RİH-in məsul əməkdaşı Esmira Məmmədzadə və Neftçala Rayon İcra Hakimiyyəti başçısının Qaçaqkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ağasəf Süleymanov da iştirak edib. Onlar da öz növbəsində qeyd olunan məsələ və problemlərə münasibətini bildirib, tədbir görülməsi üçün müvafiq qeydlər aparıb. Qeyd edək ki, millət vəkili Tənzilə Rüstəmxanlının seçicilərlə görüşü hər ay mütəmadi olaraq keçiriləcək.