İspaniyada evindən 20 milyon dollar tapılan polis rəisi və arvadı saxlanıldı (VİDEO)
10-11-2024, 00:12
İspaniyada yüksək rütbəli polis məmuru 20 milyon avronu evinin divarının arxasında gizlətdiyi üçün saxlanılıb.
İspaniyada polislə bağlı böyük qalmaqal baş verir.
"Bild" xəbər verir ki, Madrid Milli Polisinin iqtisadi cinayətlərlə mübarizə şöbəsinin rəisi Oskar Sançes Gil narkotik karteli ilə əlaqədə şübhəli bilinərək saxlanılıb.
İstintaq zamanı o, narkotik vasitələrin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması və korrupsiyada ittiham olunub. Gillə yanaşı, onun həyat yoldaşı, həmçinin bir polis məmuru və daha 13 nəfər həbs edilib. Bu barədə İspaniya mətbuatı rəsmi mənbələrə istinadən məlumat yayıb.
Bundan əvvəl İspaniyanın Alxesiras limanında bananların arasında gizlədilən 13 ton rekord kokain partiyası aşkar edilib. Ancaq indi narkotik mafiyasına uğurlu zərbə böyük bir polis qalmaqalına çevrilə bilər.
Müstəntiqlər Sançesin Madridətrafı qəsəbədəki evində axtarış zamanı divarın arxasında gizlədilmiş 20 milyon avrodan çox pul tapıblar. Bu pul müstəntiqlərin fikrincə, qanunsuz fəaliyyətdən əldə edilə bilər. Bundan başqa, polis əməkdaşının kabinetindən bir milyon avroya yaxın nağd pul da aşkarlanıb.