Beynəlxalq Konfransda Ukrayna üzrə yekun sənədi dəstəkləyən ölkələrin sayı 78-ə düşüb

17-06-2024, 09:13           
Beynəlxalq Konfransda Ukrayna üzrə yekun sənədi dəstəkləyən ölkələrin sayı 78-ə düşüb
İsveçrənin Bürgenstok şəhərində Ukrayna münaqişəsi üzrə keçirilən beynəlxalq konfransın yekun sənədini təsdiqləyən ölkələrin sayı 80-dən 78-ə düşüb.

Məlumata görə, forumun təşkilatçıları İordaniya və İraqı forumda qəbul edilmiş sənədin tərəfdarlarının ilkin dərc olunmuş siyahısından çıxarıblar.

Beləliklə, Zaporojye atom elektrik stansiyası üzərində suverenliyin Ukraynaya verilməsini tələb edən yekun sənədi dəstəkləməkdən imtina edən ölkələrin sayı 15-ə çatıb. Bunlar Ermənistan, Bəhreyn, Braziliya, Vatikan, İraq, Hindistan, İndoneziya, İordaniya, Kolumbiya, Liviya, Meksika, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Tayland və Cənubi Afrika Respublikasıdır.

Qeyd edək ki, tədbirdə 91 ölkə iştirak edib.

Mənbə: RT

17:00

İyunun 15-16-da Bürgenstokda (İsveçrə) Ukrayna münaqişəsi üzrə keçirilən beynəlxalq konfransın yekun sənədi tədbirdə iştirak edən 91 ölkədən 80-i tərəfindən dəstəklənib.

İclasın təşkilatçıları sənədi təsdiq edən ölkələrin siyahısını dərc ediblər.

Siyahıda Türkiyə, Braziliya, Hindistan və Səudiyyə Ərəbistanı da yer alıb.

Eyni zamanda, burada İsveçrə, Aİ ölkələri və ABŞ-nin də adı var.

Mənbə: TASS













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.