Cahangir Hacıyev Maliyyə nazirinin məhkəməyə gəlməsini tələb edir

24-08-2016, 21:05           
Cahangir Hacıyev Maliyyə nazirinin məhkəməyə gəlməsini tələb edir
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Gununsesi.info xəbər verir ki, məhkəmə prosesində C.Hacıyevin vəkilləri Fəxrəddin Mehdiyev və Aqil Layıcov məhkəmədə bir neçə vəsatət qaldırıblar.
Vəkillər qaldırdıqları vəsatətdə müdafiə etdikləri şəxslərin dəmir barmaqlıqlar arasından çıxarılaraq yanlarında oturmalarını, eyni zamanda, Penitensiar Xidmətin müvəqqəti saxlama yerlərində saxlama şəraitinin yaxşılaşdırılması, həmçinin, maliyyə naziri Samir Şərifovun şahid qismində məhkəmə prosesində iştirakını təmin edilməsini tələb ediblər.
Qaldırılan vəsatətlər təmin edilməyib. Vəkillər isə öz nvbəsində vəsatətlərinin təmin edilməməsi ilə bağlı hakimə etirazlarını bildiriblər.
Daha sonra dövlət ittihamçısı ittiham olunanların ittihamnaməsin oxuyub. İttihamnamə oxunduqdan sonra dövlət ittihamçısı ittiamh olunan şəxslərdən onlara qarşı irəli sürülən ittihamları qəbul edib-etmədiyini soruşub. İttiham olunan şəxslər belə bir ittihamla razılaşmadıqlarını və qəbul etmədiklərini bildiriblər.
Bundan sonra fasilə elan olunub. Proses günü ikinci yarısı davam etdiriləcək.
Qeyd edək ki, C.Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-c-ü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.