“Sputnik Azərbaycan”ın ofisində əməliyyat zamanı saxlanılanların adları

Bu gün, 07:05           
“Sputnik Azərbaycan”ın ofisində əməliyyat zamanı saxlanılanların adları
Polisin “Sputnik Azərbaycan”ın ofisində əməliyyatı zamanı saxlanılanların adları bilinib.

Əməliyyat zamanı saxlanılanlar “Sputnik”in Bakı filialının icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeni Belousovdur.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.

Qeyd olunub ki, iyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var./APA












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.