Türkiyə Prezidenti: Azərbaycan xalqına bir daha təşəkkürümü bildirmək istəyirəm

1-07-2025, 08:24           
Türkiyə Prezidenti: Azərbaycan xalqına bir daha təşəkkürümü bildirmək istəyirəm
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ilin fevralında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasına göstərdiyi köməyə görə Azərbaycana bir daha təşəkkür edib.

Teleqraf xəbər xəbər verir ki, iyunun 30-da Ankarada Nazirlər Kabinetinin iclasının yekunlarına dair brifinqdə çıxış edən Türkiyə lideri Kahramanmaraşda “Azərbaycan məhəlləsi”nin açılışını xatırladıb.

R.T.Ərdoğan bildirib: “Qardaşım İlham Əliyevlə birlikdə Azərbaycan məhəlləsinin açılışını etdik. Fəlakətin ilk günündən ölkəmizə yardım əlini uzadan Azərbaycan xalqına bir daha təşəkkürümü bildirmək istəyirəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru