Sovet təyyarəsini Çinə qaçıran Azərbaycanlı

Bu gün, 00:11           
Sovet təyyarəsini Çinə qaçıran Azərbaycanlı
19 dekabr 1985-ci il. Moskva.
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin yeni seçilmiş baş katibi Mixail Qorbaçova zəng gəlir:
“-Yoldaş baş katib, Sovet təyyarəsi oğurlanaraq Çin Xalq Respubilasına uçmuşdur. Yakutsk Mülki Aviasiya Administrasiyasının 42845 saylı AN-24 təyyarəsi Yakutsk - Çita - İrkutsk marşrutu üzrə 101/435 reysi Çitaya yaxınlaşırdı ki, dispetçer gözlənilmədən təyyarədən kursu dəyişməli və cənuba getməli olduğu barədə şifrəli mesaj aldı. Dispetçer bu barədə Çita şəhər rəhbərliyinə məlumat verib. Tapşırığınız necə olacaq?”
Qərar təyyarəni və qaçıranın dərhal geri gətirilməsi üçün Çin rəhbərliyi ilə əlaqə qurulması olur.
Məlum olur ki, təyyarəni qaçıran, ikinci pilot 1952-ci ildə anadan olan Şamil Hacı oğlu Almuradov idi.
19 dekabr 1985-ci il. Yakutsk
“Təyyarə Çitaya yaxınlaşanda, Şamil Hacı-Oğlu Əlimuradov onun arxasınca kabinəyə daxil olub. Qapını daxili qıfılla bağladı və evdə hazırlanmış bıçağı kapitanın boğazına söykədi. Çinə doğru uçmağı tələb etdi. Kapitan xüsusi düymə vasitəsilə dispetçerə təyyarənin qaçırılması barədə məlumat verə bilib. Daha sonra o, təyyarəni hərbi aerodrom istiqamətinə yönəltmək istəsə də, Əlimuradov manevri tanıyıb və tələb olunan kursa sadiq qalmağı tələb edib.
19 dekabr 1985-ci il. Çin:
Saat 14:30-da yerli kolxozun sədr müavini Liu Quoyi onun torpağına eniş edən təyyarəni görüb. Baxmaq üçün beş adam göndərdi. Geri qayıdanlardan ikisi təyyarənin rus olduğunu bildirdi, lakin onlar çin dilini bilmirdi. Liu Şəhər Şöbəsinə xəbər göndərdi. Onlar Harbinə məlumat verdilər, oradan eniş yerinə getmək üçün təlimat aldılar, Çin hüquq mühafizə orqanları axşam saat 8-ə qədər gəldilər. Gələnlərdən biri rusca yaxşı danışırdı. O, komandir və Əlimuradovla danışıb. Şamil təslim olur və sığınacaq istəyir. Onu bir maşın aparır, qalan sərnişinləri isə şəhərə aparıb geyim, qalmaq və yeməklə təmin ediblər.

Hüquqi proses:
Çinin Harbin şəhərində yazdığı izahatda Şamil özü haqqında yazır:
“1969-cu ildə orta məktəbi bitirib Bakıdakı Politexnik İnstitutunun əyani şöbəsinə daxil oldum. İki həftədən sonra maddi səbəblərə görə institutu tərk etdim. Böyük ailəmiz var idi. Yarım il Bakı Fayans Zavodunda işləmişəm. 1970-ci ildə Sasovo Uçuş Məktəbinə daxil oldum. İlk vaxtlar dil bilmədiyim üçün çətin idi. Amma üç aydan sonra bu problem aradan qalxdı. Fizika və riyaziyyatı yaxşı bilmək kömək etdi. 1972-ci ildə məktəbi bitirmişəm. 1977-ci ildə Kirovoqrad Ali Uçuş Məktəbində AN-24 təyyarəsində yenidən hazırlıq keçdim. Leninqrad Mülki Aviasiya Akademiyasında 1980-ci ildə diplomu müdafiə edib Yakutska qayıtdım. Bir müddət işlədim, sonra mənə təyziqlər başladı. Psixitariya xəstəxanasında məni yatmağa məcbur etdilər, sonra xarekteristika vermədilər. Çox əziyyət çəkdim. Qərara gəldim ki, SSRİ-ni tərk edib qaçım. “Düşmənin dostu, dostumdur” deyərək Çinə qaçmağa qərar verdim”
4 mart 1986-cı ildə Harbində yerli qanunlara əsasən səkkiz il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmədə SSRİ-dən olan diplomatlar da iştirak edirdilər. Məhkəmədən sonra Əlimuradov Çində qəsəbələrdə yaşayıb və hətta universitetdə rus dilindən dərs deyib. Çinli qızla ailə qurub. Üç ildən sonra onu SSRİ-yə köçürdülər. 1990-cı il iyunun 21-də o, Yakutskda, artıq sovet qanunlarına əsasən, daha beş il müddətinə azadlıqdan məhrum edilib.

Qaçırılan An-24 1986-cı ilin yanvarında Sovet İttifaqına təhvil verilib. Təmirdən sonra təyyarə fəaliyyətini davam etdirib. 2000-ci ildə təyyarə Yakutsk hava limanında saxlanılıb.
Hazırda Əlimuradov sahibkardır, “Vahid Rusiya” partiyasının üzvüdür. Ailəlidir və iki yaşlı kiçik oğlu var. Rusiya həbsxanasından çıxandan dərhal sonra, birinci arvadı Çində avtomobil qəzasında dünyasını dəyişdiyi üçün qızını yanına gətirir.
Dr.Zaur Aliyev












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.