Qolan təpələri İsrail dövlətinin bir hissəsi olaraq qalacaq - Nazir

1-07-2025, 00:16           
Qolan təpələri İsrail dövlətinin bir hissəsi olaraq qalacaq - Nazir
İsrailin İbrahim razılaşmalarını genişləndirməkdə və ərəb ölkələri ilə münasibətləri normallaşdırmaq istəyir.
Bizimyol.info xəbər verir ki, bu barədə Xarici işlər naziri Gideon Saar Avstriyanın xarici işlər naziri Beate Meinl-Reisinger ilə birgə mətbuat konfransında deyib.

"Biz İsrailin təhlükəsizlik ehtiyaclarını nəzərə alaraq Suriya və Livan kimi ölkələri sülh dairəsinə əlavə etməkdə maraqlıyıq", - deyə Saar bildirib.

Xarici işlər naziri qeyd edib ki, Qolan təpələri istənilən halda İsrail dövlətinin tərkibində qalacaq.

Xatırladaq ki, iyunun 29-da axşam Livanın LBCI telekanalı Suriyadakı hadisələrlə tanış olan mənbələrə istinadən bu ölkənin İsraillə hansı şərtlərlə sülh bağlayacağı barədə məlumat yayıb.

Tələblər arasında Əhməd əş-Şaraa rejiminin İsrail tərəfindən tanınması, 2024-cü ilin dekabrında ələ keçirilən ərazilərdən qoşunların çıxarılması, İsrailin Suriyaya zərbələrinə son qoyulması, Suriyanın cənubunda təhlükəsizlik tədbirləri, razılaşmaların həyata keçirilməsi üçün ABŞ-ın zəmanəti və ABŞ-ın Suriya hökumətinə dəstəyi daxildir. Buna cavab olaraq Livan mediasının məlumatına görə, Suriya İsrailin Qolan təpələri üzərində suverenliyini tanıyır.

Ağ Evin məlumatına görə, may ayında ABŞ prezidenti Donald Tramp Suriya prezidenti Əhməd əş-Şərəni İsraillə İbrahim sazişini imzalamağa çağırıb.

İyunun 26-da ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi elçisi Steve Vitkoff deyib ki, İbrahim razılaşmalarının genişləndirilməsi ilə bağlı böyük xəbərlər ola bilər. Onun sözlərinə görə, yaxın vaxtlarda sülh təşəbbüsünə yeni dövlətlər qoşula bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru