Son 20 il ərzində Azərbaycanın energetika sistemi demək olar sıfırdan qurulub

Bu gün, 00:05           
Son 20 il ərzində Azərbaycanın energetika sistemi demək olar sıfırdan qurulub
Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi regional inkişaf siyasəti ölkəmizin həm iqtisadi gücünü artırır, həm də sosial bərabərliyi təmin edir. Bu özünü xüsusilə enerji Azərbaycanın siyasətində daha qabarıq göstərir. Ölkənin müxtəlif ərazilərində, o cümlədən işğaldan azad edilən rayonlarda yeni-yeni elektrik stansiyaları tikilir. Biz son 20 il ərzində Azərbaycanın energetika sistemi demək olar ki, tam yenidən qurulub, ölkənin müxtəlif yerlərində yeni elektrik stansiyaları tikilib.
2025-ci il iyunun 24-də Prezident İlham Əliyevin iştirakı ilə Mingəçevir şəhərində “8 Noyabr” Elektrik Stansiyasının açılışı Azərbaycanın enerji sektorunda mühüm və əhəmiyyətli hadisə olmuşdur.
Prezident İlham Əliyevin 2022-ci ildə imzaladığı Sərəncama əsasən yeni layihə əsasında iki il ərzində ümumi gücü 1880 MVt olan və Azərbaycanın müstəqillik dövründə inşa edilən ən iri elektrik enerjisi istehsal müəssisəsi istifadəyə verilib. Layihənin hazırlanması və icrasında Azərbaycanın mühəndisləri əsas rol oynayıb və texniki həllər dünya təcrübəsi ilə uzlaşdırılaraq, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə həyata keçirilib.
Mingəçevir stansiyasının ərsəyə gəlməsində İtaliya və Çin şirkətlərinin böyük payı var. Bu ölkələrin şirkətləri bu stansiyada həyata keçirilən işlərdə yerli mütəxəssislərlə birgə yaxından iştirak ediblər. “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimindəki çıxışında ölkə başçısı həm İtaliya, həm də Çinin Azərbaycanın strateji tərəfdaşları olduğunu bildirib. İtaliya və Çinlə strateji tərəfdaşlıq haqqında bəyannamələrin imzalandığını deyən dövlətimizin başçısı vurğulayıb ki, onun həmin ölkələrə çoxsaylı səfərləri nəticəsində bir çox istiqamətlər üzrə çox gözəl nəticələr əldə edilmişdir. İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olduğunu söyləyən Prezident İlham Əliyev Çinin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdə olduğunu diqqətə çatdırıb.
“8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev deyib ki, “8 Noyabr” Elektrik Stansiyasının açılışı çox gözəl hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək. Dövlətimizin başçısı qeyd edib: “Ümumilikdə bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir. Bu gün 8 Noyabr elektrik stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır”.
Bu stansiyada tətbiq olunan ən son texnoloji həllər və dünyanın aparıcı enerji istehsalı avadanlıqları sayəsində yanacaq sərfiyyatı əhəmiyyətli dərəcədə azaldılıb, faydalı iş əmsalı artırılıb və ətraf mühitə təsir minimuma endirilib.
Stansiyanın açılış mərasimində bildirilib ki, “8 Noyabr” elektrik stansiyası ölkənin enerji potensialını təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və beləliklə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi statusunu daha da gücləndirəcək. Hazırda Mingəçevirdə elektrik enerjimizin 40 faizdən çoxunun istehsal olunduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib ki, görülmüş bütün bu işlər bir daha Azərbaycanın doğru yolda olduğunu göstərir.
Vurğulanıb ki, Mingəçevirin energetika mərkəzi kimi tarixi zəngindir və burada formalaşmış güclü kadr potensialı əlbəttə ki, bu gün də bizə əldə edilmiş uğurlara nail olmaq üçün imkan yaradır. “Son 20 il biz ərzində Azərbaycanın energetika sistemini demək olar sıfırdan qurmuşuq. Ölkəmizin müxtəlif yerlərində yeni elektrik stansiyaları quruldu. Eyni zamanda, Mingəçevirdə də yenidənqurma işləri aparılmışdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.