Cəbrayıl işğalının anım günündə şəhidlər xiyabanında QAT-la qarşıdurma yaşandı

24-08-2016, 21:10           
Cəbrayıl işğalının anım günündə şəhidlər xiyabanında QAT-la qarşıdurma yaşandı
Dünən Cəbrayıl rayonun işğal günü ilə əlaqədar Şəhidlər Xiyabanında keçirilən anım mərasimdə əlbəyaxa dava baş verib.

AzNews.az-a daxil olan məlumata görə, dava Cəbrayıl sakinləri ilə Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı arasında yaşanıb. Davaya səbəb isə QAT sədrinin anım tədbiri başlayan anda öz dəstəsi ilə Şəhidlər Xiyabanındakı məşəlin qarşısını zəbt edərək cəbrayıllıların çıxışına maneçilik törətməsi olub. Onun bu hərəkəti cəbrayıllılar arasında narazılıq yaradıb. Sakinlər tərəfindən dəfələrlə QAT sədrinə xəbərdarlıq edilsə də, o, trubunanın qarşısından çəkilməyib. Bu anda rayon sakinlərinin biri önə çıxaraq A.Nağının qolundan tutub silkələyib.

Tədbirin təşkilatçıarından Razim Əmraslanlı AzNews.az-a açıqlamasında bildirib ki, hər il avqustun 23-də “Cəbrayılım” ictimai qrupu Şəhidlər Xiyabanında anım tədbir keçirir: “Tədbirə Cəbrayılın gəncləri, müharibə veteranları, ziyalıları və əlavə qonaqlar da dəvət olunur. Tədbir saat 11-ə elan olunmuşdu. İştirakçıları ünvana çatanda baxdıq ki, Akif Nağı bir qrup insanı aldadaraq məşəlin qarşısına aparıb və orada çıxış edir. Bu zaman tədbirin təşkilatçılarından olan Əli İkram bəy Akif Nağıya yaxınlaşaraq, ona iradını bildirdi və qolundan tutub kənarlaşdıranda insident yaşandı”. R.Əmraslanlı əlavə edib ki, dava tədbir iştirakçılarının köməkliyi nəticəsində aradan qaldırılıb.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bu barədə danışmaq istəmədiyini deyib: “Elə bir ciddi hadisə yaşanmayıb. Mənim üçün bu barədə fikir bildirmək çətindi”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.