Rio-2016:Sərbəst güləşçilərimiz son şanslarını
21-08-2016, 12:26
Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında sərbəst güləş yarışlarına yekun vurulacaq.
teref.az-nun verdiyi xəbərə görə, Azərbaycan yığmasının iki üzvü də sonuncu iki dəst medal uğrunda mübarizə aparacaq.
Belə ki, Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq) Olimpiadanın son günündə güclərini sınayacaqlar.
65 kq
Bu çəkidə çıxış edən London Olimpiadasının, Avropa çempionatının və Avropa Oyunlarının çempionu Toğrul Əsgərov yarışa 1/8 finaldan start verəcək. Onun ilk rəqibi ukraynalı Andrey Kvyatovski olacaq. Pəhləvanımız bu rəqibini keçsə, 1/4 finalda Maqomedmurad Qacıyev (Polşa)/Frank Molinaro (ABŞ) cütünün qalibi ilə güləşəcək. İlk görüş saat 15:55-də başlayacaq.
97 kq
Xetaq Qazyumov isə ilk olaraq təsnifat mərhələsində çıxış edəcək. İki Olimpiadanın (Pekin-2008 və London-2012) və dünya çempionatının bürünc, Avropa çempionatının gümüş, “Bakı-2015” Avropa Oyunlarının isə qızıl mükafatçısı olan pəhləvanımızın rəqibi Polşa güləşçisi Radoslav Baran olacaq. Bu qarşılaşma saat 15:45-də başlayacaq.
teref.az