"El-Klasiko"da qol yağışı: İspaniya Kubokunun qalibi əlavə vaxtda bəlli oldu VİDEO
Bu gün, 12:47
Futbol üzrə İspaniya Kuboku uğrunda həlledici qarşılaşma oynanılıb. Sevilyada keçirilən oyunda "Barselona" "Real Madrid"lə üz-üzə gəlib.
Əsas vaxt 2:2 hesabı ilə bitib. Qalibi müəyyən etmək üçün oyuna əlavə olaraq 30 dəqiqə artırılıb.
116-cı dəqiqədə "Barselona"nın heyətində Jül Kunde matçda son nöqtəni qoyub - 3:2.
Beləliklə, kataloniyalılar İspaniya Kubokunun 32-ci dəfə qalibi olublar.
02:07
İspaniya Kuboku uğrunda həlledici qarşılaşma oynanılır.
Oxu.Az xəbər verir ki, Sevilyada keçirilən oyunda "Barselona" "Real Madrid"lə üz-üzə gəlir.
Əzəli rəqiblərin mübarizəsi gərginliyi ilə seçilir.
Hesabı 28-ci dəqiqədə baxımlı qolla Pedri açıb. 70-ci dəqiqədə Mbappe katalonların üstünlüyünə son qoyub. 7 dəqiqə sonra isə Tçuameni Arda Gülerin ötürməsini qola çevirib. 84-cü dəqiqədə Torres yenidən bərabərliyə nail olub.
Əsas vaxt 2:2 hesabı ilə bitdiyi üçün matçda əlavə 30 dəqiqə oynanılır.