Rusiyada pasiyent palata yoldaşlarını bıçaqladı

26-07-2022, 11:34           
Rusiyada pasiyent palata yoldaşlarını bıçaqladı
Sankt-Peterburqda xəstəxanaların birində pasiyent palata yoldaşlarını bıçaqlayıb. Ümumilikdə beş nəfər yaralanıb. Onlardan biri reanimasiyaya yerləşdirilib, daha bir nəfərin vəziyyəti ağır qiymətləndirilir.


Hadisəni törədən 34 yaşlı şəxs saxlanılıb. Onun soyuq silahı elə zərərçəkənlər tərəfindən əlindən alınaraq hüquq mühafizəçilərinə təhvil verilib.

Məlumata görə, kişi pankreatit xəstəliyinin kəskinləşməsi ilə xəstəxanaya daxil olubmuş. Onun psixo-nevroloji dispanserdə qeydiyyatda olduğu qeyd edilir.

Mənbə: Nevnov.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.