Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada

4-02-2025, 00:10           
Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Fevralın 3-də səhər Ukraynada Rusiya tərəfində döyüşən erməni batalyonu “Arbat”ın yaradıcısı Armen Sarkisyana qarşı sui-qəsdin keçirildiyi (2 nəfər ölüb, 2 nəfər yaralanıb) “Alıye Parusa” elit yaşayış kompleksi hesab olunur.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, burada Rusiya isteblişmentinin teleaparıcıları Yekaterina Odintsova, Alla Dovlatova və başqaları yaşayır. Lakin Aviasionnaya küçəsindəki prestijli binada kriminal hadisələr əvvəllər də baş verib.

Belə ki, 2016-cı ilin yanvarında məşhur sovet teleaparıcısı Yevgeni Koçerqinin qızı yaşayış massivində dünyasını dəyişib. İrina Volodina iki uşağı ilə gəzintiyə çıxmağa hazırlaşıb. Dayə və uşaqlar tərəddüd ediblər, liftə əvvəlcə diktorun qızı girib, sonra döşəmə onun üstünə çöküb. Qadının meyiti şaxtadan tapılıb.

2021-ci ilin aprelində isə yaşayış kompleksinin fitnes klubunda qatil Alik Rıjiy kimi tanınan kriminal avtoritet Əli Heydərovu güllələyərək öldürüb.

Onu digər məşhur cinayətkar Ded Xasanın varisi adlandırırdılar və qətl təsir dairələrinin yenidən bölüşdürülməsinin nəticəsi idi. Cinayətkar qaça bilsə də, tezliklə saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru