Təməli eramızdan üç min il əvvəl qoyulan qədim Dehli şəhəri: QƏRİBƏ HİND ADƏTLƏRİ

Bu gün, 16:28           
Təməli eramızdan üç min il əvvəl qoyulan qədim Dehli şəhəri: QƏRİBƏ HİND ADƏTLƏRİ
"Oralarda necədir?" rubrikasının yeni buraxılışı yayımlanıb.

Bu dəfə Bakıdan 2 812 kilometr uzaqda olan, təməli eramızdan üç min il əvvəl qoyulan qədim Dehli şəhərindən bəhs olunub. Hindistanın əsas şəhəri sayılan Dehlidə həyatları tam fərqli insanlar yaşayırlar.

Əlbəttə, bu sözü bir çox şəhərlərə aid etmək olar. Amma Dehlidə bu daha çox gözə çarpır. Bir tərəfdə pula pul deməyən varlılar, bir tərəfdə isə bu gün nə yeyəcəyini bilməyən kasıblar. Dehlidə qız uşaqlarına olan diskriminasiya danışılacaq ilk məsələlərdəndir. İllərdir doğulacaq körpə qız olarsa, hamiləliyi yarıda kəsmək hind ailələrində normal hesab edilirdi. Hindlilər hesab edirlər ki, qızı yedirtmək, tərbiyə etmək boşuna xərcdir.

O, ailə quracaq və başqa evə köçəcək. Oğlan isə ailədə qalır və valideynlərə hayan olur.

Hər 10 oğlana 7 qız düşdüyünü görən dövlət bu problemin qarşısını almaq üçün tədbir görür. Hazırda ultrasəs müayinəsi zamanı uşağın cinsiyyətini deyən həkim ciddi şəkildə cəzalandırılaraq bir neçə il azadlıqdan məhrum edilir. Dehlidə həyatını karyeraya həsr edən qadınlar çox deyil.

Hindistanda qadın ilk növbədə həyatını ərinə, övladlarına həsr etməlidir. Maraqlı məqamlardan biri də odur ki, Hindistanda hələ də oğlanların evlənəcəyi qızı valideynləri seçirlər. Onlar deyirlər ki, qız mütləq ananın xoşuna gəlməlidir.

Hesab edirlər ki, bütün gün oğlanın ailəsi ilə birlikdə vaxt keçirəcək qızı evdə hamı bəyənməlidir. Beləliklə, ailə bəyəndiyi qızın şəklini oğluna göstərir. Oğlanın da xoşu gələrsə, görüş təşkil olunur. Gənclər bir-birini bəyənərlərsə evlənirlər.

Ətraflı Baku TV-nin süjetində:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.