Bu rayonumuzda partlayış oldu - Xəsarət alan var

28-07-2022, 11:07           
Bu rayonumuzda partlayış oldu -
Beyləqan rayonunda metal qəbulu məntəqəsində partlayış olub.

Publika.az xəbər verir ki, rayonun Birinci Şahsevən kəndində 1979-cu il təvəllüdlü Fəxrəddin Quliyev məntəqəyə qəbul edilmiş qaz balonunu qaynaq aparatı ilə kəsərkən partlayış baş verib. Nəticədə o, ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.