Bakı Dəniz Vağzalında " Sea Port" restoranı türistləri "soymağa" tam hazırdır - Belə qiymətlər heç Avropada yoxdur

15-05-2015, 17:12           
Bakı Dəniz Vağzalında " Sea Port" restoranı türistləri "soymağa" tam hazırdır - Belə qiymətlər heç Avropada yoxdur
Azərbaycan bu günlərdə dünyaca məşhur bir yarışmaya ev sahibliyi edəcək. Bakıda aparılan abadlıq işləri, I Avropa Yay Oyunları ilə bağlı görülən işlər sözün bütün mənalarında təqdir ediləndir. Azərbaycan iqtidarının apardığı bu siyasət, dövlətimizin adına əldə edilən böyük uğurlar hər kəsi fərəhləndirir. Bakıda Olimpiya Oyunları üçün yaradılmış şərait göz oxşayır. Və bu Azərbaycanı sevən hər bir vətəndaşı qürurlandırır. Cənab prezidentin şəxsən ölkəmizin bu böyük uğuru üçün böyük işlərə imza atması həqiqətən də qururvericidir.

Lakin bəzən dövlətin büdcəsindən ayrılan pullar hesabına abadlaşdırılmış və əhali üçün açıq olan yerlərdə bu uğurlardan sui-istifadə edənlər də var. Dəfələrlə ölkə mətbuatında Bakı Bulvarında qiymətlərin baha olmasına dair xəbərlər yer alıb. Hər kəsin istifadə etməli olduğu və dövlətimizin öz vətəndaşları üçün yaratdığı bu şəraiti öz şəxsi gəlirlərini artırmaq üçün istifadə edə niş adamları tapılır. Bakı Bulvarı hansısa qapalı və xüsusi təyinatlı əyləncə məkanı hesab olunmur. Bu səbəbdən də burada qiymətlərin baha olmasına uşaqdan-böyüyə, qocadan-cavana, qonaqdan yerli sakinlərə qədər kəsin etiraz etmə haqqı var. Xüsusilə də Bakıda bu günlərdə keçiriləcək mühim yarışma ərəfəsində qiymətlərin Avropanın ən bahalı şəhərlərindən də baha olması narahatlıq doğurur.

teref.az şikayət edən vətəndaşlar Bakı şəhəri, Neftçilər prospekti ev 58 ünvanında yerləşən «Sea Port»da qiymətlərin həddən artıq baha olmasından narazıdırlar. E.Ağayevə məxsus olduğu bildirilən «Sea Port» restoranında bir fincan sadə kofenin qiyməti nə az, nə çox tam 3 manatdır. İki fincan kofe içmək istəyən vətəndaş burada 6 manat ödəməlidir. Bu restoranda istirahət etmək istənilən vətəndaş yalnız 50 qram viski içmək istəsə bunun üçün 3 manat ödəniş etməlidir. Avropanın ən mərkəzi meydanlarında belə 1 fincan sadə qəhvənin qiyməti 1-1.5 ABŞ dollarıdır. «Sea Port»da qiymətlərin baha olmasından şikayətlənən vətəndaşlar deyir ki, edilən ödənişlərə görə çek əldə etmək də kifayət qədər çətindir.

Qeyd edək ki, Bakı Bulvar İdarəsi dəfələrlə media vasitəsilə qiymətlərin baha olmasından narazı olan vətəndaşları arxayın edir ki, bununla bağlı müvafiq olaraq mütəmadi tədbirlər həyata keçirilir. Məhz bu faktların və bizə təqdim edilən kassa mədaxil çeklərinin də araşdırılacağını güman edirik.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.