Rusiya Ukraynada 50 mindən artıq hərbçi itirib – 18 faizini məhbuslar təşkil edir

6-04-2024, 08:34           
Rusiya Ukraynada 50 mindən artıq hərbçi itirib –
Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri 50 mindən çox hərbçisi həlak olub.

“AzPolitika” xəbər verir ki, onların adları açıq mənbələrdən BBC, “Mediazona” jurnalistləri və könüllülər tərəfindən müəyyən edilib.

Qeyd olunur ki, göstərilən rəqəmlər yalnız məmurların, KİV-lərin, həlak olanların yaxınlarının bildirdiyi itkilər, habelə xatirə abidələri və dəfnlərdə qeydə alınanlardı. Tədqiqatçılar ölənlərin sayının iki dəfə çox ola biləcəyini təxmin edirlər.

Hazırda 50 mindən artıq itkilərin 18 faizi məhbus, 13 faizi könüllü, 12 faizi səfərbər olunmuş şəxslər təşkil edib. Qalanları haqqında dəqiq məlumat yoxdur, lakin dolayı sübutlara əsaslanaraq, müharibədə ölən rusların təxminən 70% -nin mülki həyatdan cəbhəyə getdiyini güman etmək olar.

Tədqiqatçılar Ukraynanın işğalı zamanı həlak olan 101 çağırışçının adını təsdiq edə biliblər. Onların bəziləri Belqorod vilayətində sərhəd mövqelərində həlak olub. Rusiya prezidenti Vladimir Putin dəfələrlə çağırışçıların müharibəyə göndərilməyəcəyinə söz verib.

Aprelin 5-nə olan məlumata görə, Ukraynada hərbi itkilərə görə lider 1918 ölü ilə Krasnodar vilayətidir. İtkilərə görə Volqaboyu, Urals, Sibir və Moskva vilayətinin bölgələri fərqlənir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.