Azərsu” 20 ilin “əlil köşkü”ndən 700 manat sayğac haqqı tələb edir - Qazilərin xırda sahibkarlıq fəaliyyətinə “su qadağası”

6-03-2021, 17:16           
Azərsu” 20 ilin “əlil köşkü”ndən 700 manat sayğac haqqı tələb edir -
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsi, ev 13 ünvanının yanındakı “əlil köşkü” 20 ildir bütün infrastrukturla təmin olunub. Xırda sahibkarlıq obyektinin su, qaz, işıq, telefon rabitəsi ilə təchizatı qanuna zidd olaraq əlillərin hesabına həyata keçirilib.
Teref.az xəbər verir ki, saytımıza göndərilən məqalədə belə yazılıb. Müəllif daha sonra yazır ki, bu azmış kimi, su idarəsi smart sayğac quraşdırılmasına 700 manat tələb edib, suyu kəsməklə “xidmət göstərir”. Su çərşənbəsi günü gizlincə, gecə oğruları kimi suyu kəsib qaçanla 06.03.2021-ci ildə “reketlik xidmətlərini” yenidən daha “yüksək” səviyyədə - su xəttini tamam kəsib atmaqla təkrar ediblər. “Ədalət” adına, su raketlərinin sayğac , reket haqqında 60 faiz endirim etdiklərini vurğulayaq. 700 manatlıq haqq 280 manata endirilib. Amma qanun, qərar, ümumiyyətlə fiziki şəxslərdən sayğaca görə ödəniş alınmasını qadağan edir. “Su təchizatı və tullantı suları haqqında” 28 oktyabr 1999-cu il tarixli 723-IQ saylı Azərbaycan Respublikası Qanununun 31.1 -ci maddəsinə görə, fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Bəs niyə bu yekəlikdə “Azərsu” dövlətin qanunu reket qaydaları ilə əvəzləyib? Yoxsa, bu qurum Konstitusiyaya zidd fəaliyyət göstərir? Konstitusiyanın 73-cü maddəsinə görə, heç kəs qanunda nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən artıq vergiləri və başqa ödənişləri ödəməyə məcbur edilə bilməz.
Ümid edirik ki, bağlantılı qurumlar su reketliyinin “xidməti”nə hüquqi qiymət verilməsində çətinlik çəkməzlər. Bu Konstitusiya , bu qanun, bu da hüquq. ..
Məğrur Bədəlsoy
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.