2024-cü ildə dünyanı nə gözləyir? - Ekspertlərdən ŞOK PROQNOZLAR: "YOLUN SONU”

6-12-2023, 10:42           
2024-cü ildə dünyanı nə gözləyir? -
Hər il bir sıra "şok proqnozlar" dərc edən Danimarka bankı Saxo Bank 2024-cü ildə baş verə biləcək bir sıra mühüm hadisələrin proqnozunu verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, yeni proqnoz “Yolun sonu” adlanır. Təşkilat hesab edir ki, gələn il dünya iki ciddi böhranla üzləşəcək: xüsusilə ABŞ-ı “kapitalizmin sonu” və ilk qeyri-standart prezident seçkiləri gözləyir.

Saxo Bank proqnozlaşdırır ki, 2024-cü il prezident seçkiləri fonunda ABŞ hökuməti iqtisadi problemlərdən və sosial iğtişaşlardan qaçmaq üçün fiskal xərcləri artırmağa məcbur olacaq. Artan inflyasiya təzyiqləri və xarici investorların kapital axını nəticəsində ABŞ dövlət istiqrazlarına tələb zəif olacaq və onların gəlirlərinin artmasına səbəb olacaq. Borcları normallaşdırmaq üçün hakimiyyət dövlət istiqrazlarından əldə olunan gəlirləri vergilərdən azad edəcək. Bu, kapitalizmin sonunu gətirəcək, çünki pullar özəl korporasiyalardan hökumətə köçürüləcək və daha riskli aktivlərə sahib olmaq getdikcə daha qitməyli olacaq.

Bu arada, bank ekspertləri bildirirlər ki, Brent markalı neftin qiymətləri gələn il hazırkı 78,5 dollardan 150 dollara yüksələcək. Bunun sayəsində büdcəsi böyük ölçüdə neft gəlirlərindən asılı olan turizm yönümlü Səudiyyə Ərəbistanı dünyanın ən nüfuzlu futbol turnirlərindən biri olan UEFA Çempionlar Liqasını ala biləcək.

Gələn il insanların inretnet üzərindən axtarışları nəticəsində təsvir və mətn formasında cavab göndərə bilən generativ süni intellektin yaradılması proqnozlaşdırılır. Bu sistem istifadəçilərin əmək məhsuldarlığını artırmaq məqsədilə nəzərdə tutulsa da, dünya üçün böyük təhlükədən xəbər verir. Neyron şəbəkələrin bumu ona gətirib çıxaracaq ki, süni intellekt internetdə demək olar ki, bütün məzmunu yaradacaq və insanlar kütləvi şəkildə internetdə dərc olunan məlumatlara inanmayacaq.

Bank proqnozlaşdırır ki, inkişaf etmiş ölkələrdən birində hakerlər yüksək rütbəli məmura hücum etmək üçün dərin saxtakarlıqdan istifadə edirlər, bundan sonra hakimiyyət tədbir görəcək və süni intellekt ətrafında "səs-küy" bir az sakitləşəcək. Lakin sərt nizamnamələr riskli investorların sənayedən çıxmasına gətirib çıxaracaq.

Digər qlobal böhran əhalinin idmandan kütləvi şəkildə imtina etməsi və zərərli qidalara keçməsi olacaq. Beləliklə, 2024-cü ildə "piylənmə epidemiyası" daha çox yayılacaq. Bundan əlavə, bank gələn il ABŞ tarixində ilk dəfə olaraq müstəqil namizəd Robert Kennedinin seçkilərdə qalib gələcəyini proqnozlaşdırır. Avropa İttifaqında nəhayət iki faizlik sərvət vergisi tətbiq olunacaq və ticarət kəsiri olan ölkələr birləşərək dünya ticarətinin yeni şərtləri üzərində razılığa gələcəklər.

İqtisadçılar onu da vurğulayıblar ki, onlar dəqiq proqnozlar verməyə çalışmırlar və yalnız gələcəkdə dünyanın necə görünə biləcəyi haqda təsəvvürlər yaratmağa çalışırlar. Proqnozlar ətrafdakı reallıqla bağlı fikirlərin sərhədlərini genişləndirməyə kömək etməlidir.

Xatırladaq ki, keçən il Saxo Bank bir ölkənin ət istehsalına tamamilə qadağa qoyacağını, Fransa prezidentinin istefa verəcəyini və qızılın qiymətinin qalxacağını proqnozlaşdırmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.