Livan BMT-nin sülhməramlı missiyasının ölkədə qalmasını istəyir

19-06-2025, 15:14           
Livan BMT-nin sülhməramlı missiyasının ölkədə qalmasını istəyir
Livan BMT-nin sülhməramlı missiyasının (UNIFIL) ölkədə fəaliyyətini davam etdirməsini istəyir.

AZƏRTAC xəbər verir ki, bunu Livan Prezidenti Cozef Aun BMT Baş katibinin sülh əməliyyatları üzrə müavini Jan-Pyer Lakrua ilə Beyrutda keçirdiyi görüşdə vurğulayıb.

Livanın dövlət başçısı bildirib ki, ölkəsi 1701 saylı qətnamənin icrası çərçivəsində UNIFIL qüvvələrinin fəaliyyətini davam etdirməsini istəyir. Livan ordusu UNIFIL ilə əməkdaşlığı davam etdirəcək. Ordu ötən noyabrda əldə edilmiş razılaşmanı həyata keçirərək ölkənin cənubunda mövqelərini tutur.

Görüşdə Livanın cənubunda sabitliyin qorunmasının vacibliyi vurğulanıb və UNIFIL-in burada rolu qeyd edilib,

Öz növbəsində, Lakrua qeyd edib ki, UNIFIL mövcud çətin şərtlərə baxmayaraq, vəzifələrini yerinə yetirməyə davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru