Ağstafa Sosial Müdafiə Mərkəzinin direktoru Azər İmamverdiyevə ağır ittiham irəli sürülüb.
JAM.AZ xəbər verir ki, Anar İsmayılzadə özünün Facebook səhifəsində iddia edib ki, direktor Azər İmamverdiyevin kasıb ailələrdən pul aldığını isbat etməyə hazırdır. O qeyd edib ki, Ağstafada verilən ünvanlı sosial yardımlar yarı bölünür. Onun sözlərinə görə, mərkəzin direktoru Azər İmamverdiyev müraciət etmiş kasıb ailəyə alacağı ünvanlı sosial yardımın müqabilində həmin məbləğin yarısını istəyir. Əks halda sənədlər qəbul edilsə də, razılaşmayan ailəyə yardım verilməsi təmin olunmur. Anar İsmayılzadənin iddiasına görə, Ağstafa Sosial Müdafiə Mərkəzinin fəaliyyəti araşdırılmalıdır.