“Müğənnilərin çantalarını daşıyırlar, amma özlərini...”

4-06-2024, 19:15           
“Müğənnilərin çantalarını daşıyırlar, amma özlərini...”
“Sosial şəbəkələrdə özünü fashion, qlamur həyat tərzi sürən kimi aparırlar, amma real həyatda tam əksidir”.

Yenicag.az xəbər verir ki, bu fikri tanınmış aparıcı Kazım Sübhan sosial şəbəkə hesabındakı paylaşımında yazıb.

O, real həyatları ilə sosial şəbəkələrdəki virtual həyatları arasında böyük fərq olan insanları hədəfə alıb:

“Niyə insanlar özünü olduğu kimi aparmırlar? Sosial şəbəkələrdə özünü fashion, qlamur həyat tərzi sürən kimi aparırlar, amma real həyatda tam əksidir. Müğənnilərin çantalarını daşıyırlar, (bu, ayıb deyil ), amma özünü şou-biznesin əsas fiquru hesab edirlər.

Həyatı boyunca bir yazı yazmayan bloqerlər, özünü jurnalist hesab edirlər. Qısacası, real həyatda başqa, sosial şəbəkələrdə başqa həyat”.

Aparıcı şou-biznesdəki saxta dostluqları da tənqid atəşinə tutub:

“Bir sözüm var ki, dostluq qərar verməklə alınmır, dostluq yaranır. Bizim şou-biznesdə dostluq etməyə qərar verən insanlar çoxdur. Amma qıraqdan bu dostluğa baxanda görürsən ki, bu insanlar bir-birinə uyğun gəlmir! Onları prinsip, qərəz, kiməsə acıq vermə hissi bağlayır. Və əlbəttə ki, belə dostluqlar əbədi olmur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.