“Xalqın Çağırışı” hiddətləndi: Xruşşovun nəvəsi casusluqda ittiham edilir
Bu gün, 11:18
Nina Xruşşovanın Rusiyanın dağılmasına çağırışına görə cəzalandırılması tələb olunur
Rusiyada “Xalqın Çağırışı” hərəkatının fəalları hüquq-mühafizə orqanlarından SSRİ-nin rəhbəri olmuş Nikita Xruşşovun nəvəsi Nina Xruşşovanın Rusiyanın dağılmasına çağırışına görə cəzalandırılmasını tələb ediblər. Onlar eyni zamanda, Xruşşovanı casusluqda ittiham ediblər. AYNA xəbər verir ki, bu barədə “Shot” “Telegram” kanalı məlumat yayıb.
Qeyd olunub ki, hərəkat üzvləri Nina Xruşşovanın Yekaterinburqdakı Yeltsin Mərkəzində planlaşdırılan çıxışından hiddətlənib. Onlar bildirirlər ki, SSRİ rəhbərləriondən olan Xruşşovun nəvəsi dəfələrlə Ukraynadakı “xüsusi hərbi əməliyyatın” əleyhinə çıxış edib.
İctimai fəallar israr edirlər ki, Xruşşov “xarici agent” kimi tanınmalı və onun elan etdiyi mühazirə ləğv edilməlidir. Onlar bu sorğularla Rusiyanın Baş Prokurorluğuna və Ədliyyə Nazirliyinə müraciət ediblər.
Bundan sonra Yeltsin Mərkəzi noyabrın 26-da baş tutmalı olan Nina Xruşşova ilə tədbiri ləğv edib. Bu barədə mərkəzin “Telegram” kanalında yer alan məlumatda deyilir.
Qeyd edək ki, N.Xruşşova son 33 ildir ABŞ-da yaşayır.