İsveçrədə "maşın qəbiristanlığı" aşkar edildi - Alfa Romeo, Audi, Mercedes - FOTO
Bu gün, 09:14
İsveçrədə heç kimə məlum olmayan tərk edilmiş dayanacaqda çoxsaylı köhnə avtomobil aşkar edilib. İqtisadiyyat.az xəbər verir ki, bu barədə Almaniyanın "AutoMotor und Sport" avtomobil jurnalı yazıb.
Məlumata görə, Sankt-Qallen şəhərinin Kirxberq bələdiyyəsindəki kommersiya zonasındakı bir çəmənlikdə dövlət nömrə nişanları olmayan 70-dən çox avtomobil yerləşir. "Avtomobil qəbiristanlığı"nda 1970-80-ci illərin sedan, kupe və universal modelləri üstünlük təşkil edir.
"Alfa Romeo", "Fiat 130", "Lancia Gamma", "Audi 200", həmçinin "Opel Senator", "Opel Commodore Caravan" və W126 kuzovlu "Mercedes-Benz S-Class" kimi İtaliya və Almaniya markaları diqqət çəkir.
Avtomobillərin əksəriyyətində xarici zədələr mövcuddur: qırılmış şüşələr, boşalmış təkərlər və boya örtüyündə qüsurlar. Texniki vəziyyəti barədə isə heç bir məlumat yoxdur. Yerli hakimiyyət orqanları nadir avtomobillərin kimə məxsus olduğunu müəyyən etdikdən sonra, maşınlar İsveçrə qanunlarına uyğun olaraq utilizasiya ediləcək.
Bundan əvvəl ABŞ-də bir bloqer lüks "avtomobil qəbiristanlığı"nı videoya çəkmişdi.