Dünyanın ən ölümcül silahı ilə yaşamaq və işləmək əzabı: “Nüvə yorğunluğu!”

26-11-2024, 11:34           
Dünyanın ən ölümcül silahı ilə yaşamaq və işləmək əzabı: “Nüvə yorğunluğu!”
ABŞ-da təxminən 10 minə qədər hərbçi “nüvə yorğunluğu”ndan əziyyət çəkir.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ hərbi nəşri məlumat verib. Məlumata görə, əsasən ABŞ-ın qərb hissəsindəki ucsuz-bucaqsız düzənliklərdə minlərlə ABŞ hərbçisi nüvə başlıqlı ballistik raketləri günün 24 saatında xəbərdarlıq rejimində saxlamaqda, onlara fasiləsiz nəzarət etməkdədir. Onların əsas vəzifəsi günün istənilən anında raket buraxılışına hazır olmaqdır.

Nəşr bildirir ki, uzun müddət təcrid olunmuş şəraitdə nüvə başlıqlı raketlərlə işləmək, gərgin iş rejimi, tam məxfiçilik və sərt qaydalar hərbçiləri zamanla yorğun salmaqda, onların psixologiyasına mənfi təsir göstərməkdədir. Bu səbəbdən də yuxarı komandanlıq bu kateqoriyadan olan hərbçilərdə mənəvi-psixoloji yorğunluğu aradan qaldırmaq üçün əlavə tədbirlər həyata keçirilməsini vacib hesab edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru