Ermənilərə divan tutan qıza həsr olunmuş mahnı: "Reyhan" - TARİXÇƏ

29-08-2017, 08:54           

Keçən əsrin ortalarında bəstəkar Fikrət Əmirov Cəfər Cabbarlının “Sevil” operasının motivləri əsasında əsər yaradır.

Əsərin librettosunu hazırlamaq isə şair Tələt Eyyubova tapşırıldı. 1953-cü il Sevil operasının təqdimatı yalnız şair və bəstəkarın birlikdə işi deyil, həm də Rəşid Behbudovun da opera səhnəsində debütü oldu. Bu üç sənətkar 1959-cu ildə yeni mükəmməl əsər yaratmaq üçün yenidən birləşdilər, mahnı Azərbaycanın ən məşhur mahnısına çevrilir. Bu mahnı bir çox ifaçıların repertuarlarının bəzəyi oldu, söhbət hamının eşitdiyi “Reyhan” mahnısından gedir.

Təəssüf ki, Fikrət Əmirovun bu mahnını Tələt Eyyubovun musiqisinə bəstələməsi və ya mahnının hazır şeir üzərində hazırlanması tam məlum deyil. Məlum olan odur ki, bu mahnını ilk dəfə 1950-ci ilin sonlarında Rəşid Behbudov ifa etmişdir. Həmin vaxtlar əfsanəvi müğənni Rəşid Behbudov tək Azərbaycanda deyil, keçmiş Sovet ölkələrində də tanınırdı. Onun ifasında ilk səsyazması 1960-cı ildə olmuşdur.

“Dağlar qızı Reyhan” mahnısı Azərbaycanın məşhur və sevimli mahnılarından biridir. Uzun illərdən bəri dillər əzbəri olmuş bu mahnı yaraşıqlı və qəhrəman bir qıza həsr olunub. Əhvalatı sizə olduğu kimi təqdim edirik:

1918-ci ilin mart soyqırımı zamanı toy günü həyat yoldaşı erməni daşnaqları tərəfindən oldürülür. Qız isə erməni daşnaqları tərəfindən təcavüzə və zorlanmaya məruz qalmasın deyə, ayaqyoluna girib üstünə nəcis yaxır. Bu yolla canını vəhşi daşnaqlardan zorla qurtara bilir. Az keçmir ki, Reyhan başına dəstə toplayaraq erməni daşnaqlarına qarşı mübarizəyə başlayır və Qubada Gəlinqaya adlı yerdə erməniləri darmadağın edir. Sonradan, 1928 ci ildə yenə də ermənilər tərəfindən “antisovet” damğası alaraq güllələnməyə məhkum edilir. Güllənməyə gedərkən Mir Cəfər Bağırov tərəfindən ad və soyadı dəyişdirilərək, gizli surətdə Krıma monastra göndərilir və orada yerləşdirilir. Deyilənə görə, Reyhan xanım Xaçmazın Padar kəndindən olub.

1965-ci ildə sevilən müğənni Flora Kərimova “Reyhan” mahnısını öz repertuarına daxil edir. Mahnını ifa edən ilk qadın ifaçı olur. 1966-ci ildə Zeynab Xanlarova mahnıya yeni nəfəs gətirir. Məhz onun ifasında biz mahnının sazla ahəngini eşidə bilirik.

1968-ci ildə Türkiyədə “Reyhan – dağlar kızı” adlı film çəkilmiş, Reyhan obrazını türk aktrisası Filiz Akın ifa etmişdir. Həmin filmdə Fikrət Əmirovun bəstəsi olan “Reyhan” mahnısına müraciət edilmişdir.
/a24.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.