İran səfiri bu ölkədən belə QOVULDU - VİDEO

Dünən, 16:54           
İran səfiri bu ölkədən belə QOVULDU - VİDEO
İran İslam Respublikasının Avstraliyadakı səfiri Əhməd Sadeqi dünən bu ölkəni tərk etməli olub. O, Sidney və Melburn şəhərlərində baş vermiş iki antisemit hücumda İslam Respublikasının iştirakına dair sübutların ortaya çıxmasından sonra Avstraliyadan qovulub.
Bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan növbəti süjetdə qeyd olunur.

Müəllif bildirir ki, onunla yanaşı, İran səfirliyinin daha üç diplomatı arzuolunmaz şəxs elan edilərək Avstraliyadan çıxarılıb.

Avstraliyanın baş naziri Entoni Albanez avqustun 26-da keçirdiyi mətbuat konfransında bildirib ki, Avstraliya Daxili Təhlükəsizlik Təşkilatının məlumatlarına əsasən, Sidneydəki "Lewis Continental Kitchen" restoranı və Melburndakı "Adass İsrael" sinaqoqunda törədilən iki yanğının arxasında İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) dayandığı müəyyən edilib.

Baş nazir hücumların antisemitizm və Avstraliya cəmiyyətində parçalanma yaratmaq məqsədi ilə həyata keçirildiyini bildirib.

O həmçinin əlavə edib ki, İslam Respublikasından terrorun icraçılarına pul köçürülməsinə dair sübutlar tamamilə şəksizdir.

Albanez ölkəsinin İran İslam Respublikası ilə diplomatik əlaqələri kəsəcəyini açıqlayıb. O vurğulayıb ki, Avstraliya SEPAH-ı terror təşkilatları siyahısına daxil edəcək və SEPAH-ın Avstraliyadakı yəhudi obyektlərinə hücum etmək üçün cinayətkar elementlərlə əməkdaşlıq etdiyi tamamilə aydındır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru