Rusiya-Ukrayna müharibəsi hərb tarixinə ruslar daha bir "ilk" yazdırdı.

Dünən, 16:46           
Rusiya-Ukrayna müharibəsi hərb tarixinə ruslar daha bir "ilk" yazdırdı.
Hipersəs raketinin vurulması, raket vasitəsilə sualtı qayığa zərbənin endirilməsi, dronlar vasitəsilə strateji aviasiyaya sarsıdıcı zərbə ("Tor" əməliyyatı) və s. misallar çoxdur.
Dünyanın hərb tarixində Rusiya ordusu daha bir "ilk"ə imza atdı.
Rusiyada 83-cü desant-hücum briqadasının bir qrup əsgər və zabiti yaralanmaları saxtalaşdıraraq, bir-birinə atəş açaraq və qanunsuz olaraq dövlət mükafatları əldə etməklə bağlı böyük bir qalmaqala səbəb olub.
Rusiyanın İstintaq Komitəsi müəyyən edib ki, 35 nəfərə yaxın hərbçi, o cümlədən yüksək rütbəli zabitlər polkovnik Artyom Gorodilov və polkovnik-leytenant Konstantin Frolov özlərinə və ya bir-birlərinə qəsdən güllə yarası yetirərək bunu döyüş yaralanması kimi rəsmiləşdiriblər. Başqa sözlərlə, əsgər və zabitlər bir-birinin ölümünə səbəb olmayacaq yerlərə atəş açırdılar və yaralanırdılar.
Məqsəd dövlət kompensasiyaları, əlavə güzəştlər, müalicə üstünlükləri və dövlət ordenləri qazanmaq olub.
Hər bir saxta "yaralanma" üçün ödəniş təxminən 3 milyon rubl (təxminən 60 min manat) təşkil edib.
İştirakçılara "Şücaət ordeni", "İgidliyə görə" medalı kimi mükafatlar qanunsuz şəkildə təqdim olunub.
Necə deyərlər: "Ölkə necədirsə, qəhrəmanları da elədir."
Kamran Cəfərov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru