"Bu, fotoqrafdır, yoxsa Tanrı?" - Fotoqrafiyanın peyğəmbəri - FOTOLAR

31-08-2017, 00:38           

Haqqında belə bir ifadə var: "Əgər fotograf bir din olsaydı, peyğəmbəri Sebastiao Salqado olardı".

1942-ci ildə Braziliyada doğulmuş dünyaca məşhur fotoqraf Sebastio Salqadonun “Genesis” adlı sərgisində 245 möhtəşəm şəkillər cəmləşib. Bu fotolar 32 müxtəlif məkanda 8 illik səyahət zamanı çəkilən minlərlə şəklin arasından seçilib. Fotoqraf dünya sivilizasiyasının dağıdıcı təsirlərindən hələlik yaxa qurtara bilmiş sakinlərin məskun olduğu yerlərə səfər edib. Bu sübut edir ki, bizim planetdə hələ də əzəmətli təbiətin hökmranlıq etdiyi böyük ərazilər var. “Genesis” bu gözəlliyi izləyiciləri ilə bölüşür və diqqətləri planetdə toxunulmazlıqların hələ də qaldığına, ancaq onları da artıq yox olmaq təhlükəsi gözlədiyinə və hələlik xilas edilmə imkanlarının olmasına yönəldir.

Moderator.az-ın təqdim edəcəyi foto qalereyada isə Salqadonun xüsusilə 1984-1985-ci illərdə çəkdiyi Afrika fotolarına yer verəcəyik. Məşhur jurnalist və yazar Eduardo Qaleano Salqado və fotoları haqqında bunları söyləyib:

"Bu fotolar, faciəli bir əzəmətlə dolu bu fiqurlar, ümidsiz bir heykəltaraş tərəfindən daşa və ya ağacamı işləndilər? Bu heykəltaraş fotoqrafdırmı, yoxsa tanrıdırmı, ya şeytan, ya da yerüzünün həqiqətidirmi? Qəti olan bir şey var: Bu fiqurlara ilham almadan baxmaq çox çətindir. Kimsənin çiyinlərini atdığını, kor və uzaq, başını çevirib heç bir şey yox imiş kimi fit çala-çala uzaqlaşacağını güman etmirəm. Salqadonun fotoları insan ağrısının çox üzlü bir portretini yaradır. Eyni zamanda bizi insan ləyaqətinə hörmət etməyə dəvət edirlər. Bu aclıq və kədər görüntüləri, yabanı cəsarətin məhsulları, amma eyni zamanda hörmətli və ədəblidirlər. Yoxsulluq turizmi ilə heç bir əlaqələri yoxdur. Bu işlər insan ruhunu ləkələmirlər, onu açıqlamaq üçün nüfuz edirlər".


"Bu, fotoqrafdır, yoxsa Tanrı?" - Fotoqrafiyanın peyğəmbəri - FOTOLAR



















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.