Alimlər Beyinə Məlumat Yükləmənin Yolunu Kəşf Etdi

8-10-2017, 00:56           

teref.az yazır ki, matrix filmindəki səhnəni yəqin ki hamınız xatırlayırsınız: Dünyanı idarə edən maşınların qarşısını almaq istəyən Morpheus, Neo'nun beyninə Kung Fu yükləyir və bu döyüş sənətini uzandığı yerdən öyrənən baş rol oyunçusu, oyandığı zaman bu sözləri deyər: "I know Kung Fu". Belə görünür ki, elmi fantastika klassikalarından olan bu möhtəşəm filmin qurduğu xəyal gerçəkliyə dönüşmək üzrədir.
Çünki alimlər, insan beyninə məlumat yükləmənin yolunu tapdıqlarını düşünürlər
Çünki alimlər, insan beyninə məlumat yükləmənin yolunu tapdıqlarını düşünürlər
Araşdırmaçılar, inkişaf etdirdikləri simulyatorun Matrix misalında olduğu kimi yeni bacarıqları qısa müddətdə insan beyninə yükləyə bildiyini söyləyirlər və bu yeniliyin irəliləyən zamanlarda inkişaf etdiricəkləri beyinə məlumat yükləmək texnologiyası mövzusunda ilk addım olduğunu iddia edirlər.

Təcrübə, ABŞ'ın Kaliforniya ştatında yerləşən HRL Laboratoriyası tərəfindən aparılıb.

İlk olaraq təcrübəli bir pilotun beynindəki elektrik siqnallarını araşdıran qrup, daha sonra bu siqnal axımını təcrübə iştirakçılarına transfer edərək bir uçuş simulyasiyanı istifadə etmək mövzusunda nə qədər bacarıqlı olduqlarını müşahidə etdi.
"Frontiers in Human Neuroscience" adlı jurnalda yayımlanan təcrübə, qrupun nəzərdə tutduğu nəticələri aldığını göstərir.

Təcrübəyə qatılan iştirakçılar öncəliklə iki qrupa ayrıldı. Daha sonra iki qrupun da başlarına, üzərində elektrodlar olan başlıqlardan taxıldı və beyinlərinə məlumat transferi olunacağı söylənildi. Ancaq inkişaf etdirilən texnika, bu qruplardan yalnıza birinə tətbiq edildi və beləliklə çalışmanın yarada biləcəyi plasebo təsiri də müşahidə edilmiş oldu. Əldə edilən nəticələr, beyinlərinə məlumat transfer edilən qrupun, digər qrupa görə təyyara sürə bacarığında 33% daha yaxşı olduğu sübut edildi.

Təcrübənin səlahiyyətli şəxslərindən biri olan Dr. Matthew Phillips, mövzu haqqında bunları deyir:

"Bu, beyinə məlumat yükləmə mövzusunda inkişaf etdirilən ilk texnologiyadır. Qulağa bir az elmi fantastika kimi gəlmiş olsa da , qurduğumuz sistemi dəstəkləyən bir çox elmi məlumat mövcuddur. Üstəlik təcrübədə test etməyi seçdiyimiz pilotluq bacarığı, həm elmi, həm də motor funksiyalarını istifadə etməyi tələb etdiyi üçün olduqca çətin və təqlid edilməsi imkansız olan bir tapşırıq idi."
Bir şey öyrəndiyimiz zaman beynimizdə bir neçə fiziki dəyişikliklər meydana gəlir.

Beyində yaşanan bu dəyişikliyə neuroplasticity adı verilməkdədir. Bu müddətin, beynimizdəki bağlantıların öyrənmə müddətində dəyişdiyini, fərqli bağlantılar qurulduğunu və bəzilərinin itirildiyini; qısacası beynimizin sahib olduğumuz məlumat təcrübəsi ilə şəkilləndiyini və dəyişdiyini ifadə etməkdədir.

Neuroplasticity, yeni və haqqında hələ öyrənəcəyimiz çox şey olan bir fenomendir.

Misal üçün, son illərdə aparılan bir çox təcrübə, danışma və yaddaş kimi bir çox bacarığın beynin kiçik bir hissəsi tərəfindən idarə edildiyini ortaya çıxarmışdır. Dr. Phillips də əgər beyin xəritəmizi irəliləyən zamanda çox daha ətraflı bir şəkildə çıxara bilərsək, maşın sürmə ya da dil öyrənmə kimi bacarıqların insan beyninə birbaşa olaraq transfer edilə biləcəyinə inanmaqdadır.

Dr. Phillips, hər hansı bir tapşırığı reallaşdırarkən beyinlərimizin çox fərqli göründüyünü söyləyir və neuroplasticity haqqındakı məlumatımızın artmasıyla beyni çox daha yaxşı tanıyacağımızı və beləliklə məlumat yükləmə işinin daha da asanlaşacağını iddia edir. Əlbəttə bu, məlumat anlayışımızda yaradacağı dəyişiklik səbəbiylə hamımızın istəməyəcəyi bir şey ola bilər.
Mənbə: Onedio.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.