Rusiya təyyarəsinin vurulma anı - İŞİD:BİZ VURMUŞUQ - VİDEO
31-10-2015, 21:43
Bu gün dünya gündəmini məşğul edən Rusiya təyyarəsinin Misirin Sinay yarımadasında qəzaya uğraması ilə bağlı İŞİD terrorçuları açıqlama yayıblar. FaktXəbr-in məlumatına görə, terrorçuların Twitter vasitəsi ilə yayımlanmış açıqlamasında bildirilir ki, Rusiyanın Suriya ərazisində İŞİD mövqelərini bombalamasına cavab olaraq təyyarə partladılıb. Və onlar bu addımı müsbət adlandıraraq, işləri ilə fəxr etdiklərini deyiblər.
Amma Rusiya tərəfi bu məlumatı təkzib edib və videodakı təyyarənin görüntüsünün Rusiya təyyarəsinə aid olmadığını bildiriblər. Bundan əlavə təyyarə 9400 metr məsafədən düşüb. İŞİD-in sözügedən təyyarəni PZRK ilə vurması isə burada özünü doğrultmur. Çünki PZRK maksimum 6.4 km hündürlüyü vura bilir.
Qeyd edək ki, İŞİD terrorçuları bu günə kimi hər zaman dinc sakinləri necə öldürdüklərini göstərməklə fəxr ediblər.
Xatırladaq ki, dünən Rusiya prezidenti Vladimir Putinin Səudiyyə rəhbərliyinə bir xatırlatmasını yayımlamışdıq. Məqalədə bildirilirdi ki, əgər İŞİD terrorçuları Rusiya təyyarələrini vuracaq silahlara sahib olarlarsa, onda Yəməndə husilər Səudiyyəyə qarşı müqavimət üçün daha çox imkanlar əldə edəcəklər.
Şarm-əş-Şeyxdən Sankt-Peterburqa uçan "Airbus-321" sərnişin təyyarəsi bu gün Misirin Sinay yarmadasında qəzaya uğrayıb. Moskva vaxtı ilə saat 06:21-də havaya qalxan təyyarənin daha öncə radarlardan itməsi barədə xəbər daxil olub. Son məlumatlara görə, təyyarənin qalıqları Misirin Sinay yarmadasında aşkarlanıb. Təyyarənin göyərtəsində ekipaj üzvləri daxil olmaqla 224 nəfər olub. Onlardan 150 nəfərin cəsədi artıq tapılıb. Cəsədlər 5 km radiusa malik ərazidən toplanır.
[media=https://www.youtube.com/watch?time_continue=53&v=qB3SxX3Yp1k]