Bal ayı üçün İstanbula gedən gəlin öldü – Foto

23-06-2025, 16:59           
Bal ayı üçün İstanbula gedən gəlin öldü – Foto
Yeni evlənmiş Mozambikli sənətçi Ana Barbara bal ayını keçirmək və eyni zamanda reklam anlaşması üçün getdiyi Türkiyədə dünyasını dəyişib.

Tribunainfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, gəlin bal ayı ilə yanaşı reklam anlaşması üçün İstanbulda yerləşən özəl “Tusa Hospital”da yağ aldırma (liposaksiya) əməliyyatı üçün də anlaşıb.
İddialara görə, Ana Barbara xəstəxana ilə əməliyyat qarşılığında reklam-tanıtım əməkdaşlığı barədə razılığa gəlib. Lakin əməliyyat zamanı gözlənilməz fəsadlar baş verib – gənc sənətçinin ürəyi dayanıb və onu xilas etmək mümkün olmayıb.

Dünyasını dəyişən müğənninin həyat yoldaşı bildirib ki, həkim onları əmin edib ki, hər şey yolunda gedəcək. 90 dəqiqə ərzində Annaya müdaxilə edilsə də, onu geri qaytarmaq mümkün olmayıb.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru