Tehran Vaşinqtonu axırıncı kartı ilə hədələdi - "Terror özəkləri işə salınacaq"

23-06-2025, 15:44           
Tehran Vaşinqtonu axırıncı kartı ilə hədələdi -
Tehran hələ "Böyük yeddiliyin"(G7) sammitində Donald Trampa xəbərdarlıq göndərib.

Bu barədə "NBC News" mənbələrə istinadən məlumat yayıb.

Xəbərdarlıqda İrana hücum ediləcəyi təqdirdə ABŞ və dünyanın digər yerlərindəki terror özəklərinin hərəkətə keçəcəyi bildirilib.

Qeyd olunur ki, mesaj keçən həftə Kanadada keçirilən G7 sammitində bir vasitəçi ilə Trampa çatdırılıb.

Bu gün Donald Tramp İranın bütün nüvə obyektlərinin məhv edildiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru