Möhtəşəm olacaq – Kloppdan bu transferə reaksiya

23-06-2025, 12:44           
Möhtəşəm olacaq – Kloppdan bu transferə reaksiya
“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp Florian Virtsin transferini dəyərləndirib.

Publika.az xəbər verir ki, Kloppun sözlərini NTV sitat gətirib.

“Bu, inanılmaz olacaq. “Liverpul” keçən mövsüm göstərdi ki, artıq fantastik komandadır. Belə bir heyəti gücləndirmək çox çətindir, xüsusən də çempion olanda.

Ancaq “Liverpul” bunu bacardı. Onlar həqiqətən də əsl istedada imza atdılar. Onu meydanda görməyə səbirsizlənirəm. Möhtəşəm olacaq”, – Klopp bildirib.

Ötən mövsüm 22 yaşlı Florian Virts “Bayer”in heyətində 45 oyun keçirib, 16 qol vurub və 15 məhsuldar ötürmə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru