Nüvə obyektləri məhv edilsə belə, oyun bitmiş sayılmır - İranın ali liderinin müşaviri

23-06-2025, 12:44           
Nüvə obyektləri məhv edilsə belə, oyun bitmiş sayılmır - İranın ali liderinin müşaviri
"Hətta nüvə obyektləri məhv edilsə belə, oyun bitmiş sayılmır – zənginləşdirilmiş materiallar, yerli bilik və siyasi iradə qalacaq".

APA xəbər verir ki, bu fikirləri İranın ali liderinin müşaviri Əli Şəmxaninin sözlərinə istinadən İran mediası yayıb.

Qeyd edək ki, iyunun 13-də İsrailin iqamətgahına endirdiyi zərbə nəticəsində Şamxaninin ağır yaralandığı və Tehranda xəstəxanaya yerləşdirildiyinə dair məlumatlar yayılmışdı. Daha sonra "IRIB" Əli Şamxaninin sağ olduğunu və vəziyyətinin stabil olduğunu açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru