Kreml təyyarələrinin vurulacağı halda, Səudiyyənin başına gələcəklərdən danışıb

31-10-2015, 21:44           

Vyanada Suriyanı böhranlı vəziyyətdən çıxarılması növbəti raund keçiriləcək. Söhbətin mürəkkəb və heç də həmişə konstruktiv olmayacağı gözlənilir.

Danışıqlarda Rusiya, ABŞ, Səudiyyə Ərəbistanı, Türkiyə, həmçinin Suriyada maraqları olan ölkələrin «müşaiyyət qrupu» iştirak edəcək.
Rusiya bu müzakirələrə Suriya proseslərində ciddi nüfuzu olan İranın da qoşulmasını istəyirdi. Belə görünür ki, bu məsələ uğurla həll olunub. İlkin məlumatlara görə, İİR XİN rəhbəri Məhəmməd Cavad Zərif Suriya münaqişələri başlanandan bəri ilk dəfə olaraq bu barədə danışıqlarda iştirak edəcək.

Görüşdə əsas hədəf Suriya daxili dialoq vasitəsilə siyasi prosesisə başlanılmasında həmrəylik göstərilməsidir. ABŞ Dövlət Katibi Con Kerri Vyana danışıqlarının çətin olacağını, bununla belə uğur üçün şans olduğunu deyib. Optimizmə əsas səbəb kimi Rusiya və ABŞ arasında azı çərçivə səviyyəsində razılıq əldə olunması göstərilir. Moskva və ABŞ münaqişə bitənə qədər prezident Bəşşar Əsədin hakimiyyətdə qalması və münaqişənin təkcə hərbi deyil, həm də siyasi yolla həllinin tərəfdarıdır.

Burada əsas məsələ odur ki, Suriya vətəndaş müharibəsindən elə yolla çıxmalıdır ki, bu münaqişəyə cəlb olunan bütün tərəflər razı qalsın.

Bəzilərini razı salmaq asan olacaq.

İran, İraq və hətta İordaniya prinsipcə Rusiyanın təklifi ilə razıdır.

Türkiyə ilə vəziyyət bir qədər çətindir. Azı ona görə ki, Ankaranın aqressiv mövqeyi onun üçün əsas daxili siyasi alətə çevrilib. Yaxın günlərdə ölkədə parlament seçkiləri keçiriləcək. Nəticələrə görə aydın olacaq ki, AKP hakimiyyətdə qalacaq, yoxsa rəqib qüvvələrlə Parlament koalisiyası yaradıcalaq. Bununla belə, Ərdobğanın seçkiqabağı strategiyası onun və partiyasının Türkiyəyə asayişi (sözün düzü, elə özünün dağıtdığı) qaytara biləcək güclü hökumət kimi tanıtmaq, həmçinin dünya və regionda hörmətini qaytarmaqdır (hansı ki, yenə elə Ərdoğan tərəfindən itirilib).

Ankaranın Əsəd, kürd və Rusiya əməliyyatlarına sərt münasibəti məhz bununla izah olunur. Beləliklə,Türkiyə faktiki olaraq danışıqlar prosesindən istisna edilir və ondan hansısa konstruktivliyi ancaq seçkilərdən sonra gözləmək mümkündür. Çünki hər halda Ankara da Suriyada vəziyyətin sabitləşməsini və Suriya Kürüstanının yaranmamasının tərəfdarıdır.

Ən mürəkkəb mövqe Səudiyyə Ərəbistanındır. Çünki Birləşmiş Ştatlar və Ər-Riyad Suriyanın yetəri qədər qiymətləndirməyiblər, Rusiyanın müdaxiləsi isə Ərəbistanın bu ölkədə hökuməti devirmək planlarının üstündən birdəfəlik xətt çəkdi.

Lakin ABŞ, Avropa Birliyi və Hətta Türkiyədən fərqli olaraq Səudiyyə Ərəbistanı öz gedişini modifikasiya edə bilmir.

Bütün regionda baş verənlər əvvəldən Səudiyyə-İran qarşıdurması kimi baxılırdı. Suriya məsələsinə baxış bucağının dəyişməsi, rəsmi Dəməşqin qorunub saxlanılması isə Səudiyyə Ərəbistanının növbəti məğlubiyyəti kimi dəyərləndiriləcək. Bundan başqa, yeni razılıq Sədiyyə Ərəbistanının körfəz ölkələri arasında liderliyini sual altına qoya bilər.

Məhz bu səbəbdən krallıq Suriyada vəziyyəti gərginləşdirməyə çalışır. Ondan maksimum Suriyada gərginliyi ancaq müəyyən çərçivədə gərginləşdirməsini tələb etmək olar. Məsələn, ona bildirmək olar ki, suriyalı silahlı dəstələrə Rusiya təyyarələrini vura biləcək PZRK-i verməsin. Kreml bunu yaxşılıqla həll etməyə çalışacaq. Ancaq alınmasa, o biri yola baş vurmalı olacaq. Onlara başa salınacaq ki, Səudiyyənin silahı ilə Rusiya təyyarələri vurularsa, Yəməndə husilər Səudiyyəyə qarşı müqavimət üçün daha çox imkanlar əldə edəcəklər. Ehtimal ki, Putin Vyana görüşündən qabaq kral Salmanla məhz bu barədə söhbət edib.FaktXəbər












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.